ABŞ-İsrail liderləri telefonla DANIŞDILAR: Bayden Netanyahuya nələr dedi?

ABŞ-İsrail liderləri telefonla DANIŞDILAR: Bayden Netanyahuya nələr dedi?

ABŞ Prezidenti Co Bayden və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.

 

Sfera.az bildirir ki, danışıq 45 dəqiqə davam edib. Bu barədə İsrail hökumətinin mətbuat xidməti açıqlama yayıb. Məlumata görə, liderlər Qəzzada baş verən son hadisələr və İsrailin bütün məqsədlərinə çatmaq əzmini müzakirə edib:

 

“HƏMAS-ın aradan qaldırılması, məhbusların azad edilməsi və Qəzzanın İsrail üçün artıq təhlükə olmamasının təmin edilməsi kimi məqsədlər qeyd olunub”.

 

Netanyahu da öz növbəsində bildirib ki, Qəzzaya bu məqsədlərə çatmağa kömək edəcək lazımi humanitar yardımı verəcəklər.

 

ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan liderlərin danışığı ilə bağlı detallardan söz açıb. “Bayden Netanyahuya HƏMAS-ın məğlub olmasının tərəfdarı olduğunu deyib. Eyni zamanda o, İsrailə işlək strategiyanın lazım olduğunu vurğulayıb. Netanyahu isə Ağ Evin tələbinə müsbət cavab verib və yaxın günlərdə İsraildən bir komandanın Vaşinqtona gələcəyini bildirib”, - Sallivan əlavə edib.

 

Günay


OXŞAR XƏBƏRLƏR