Ərdoğanla Baydenin görüşü GÖZLƏNİLİR

Ərdoğanla Baydenin görüşü GÖZLƏNİLİR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Cozef Baydenin görüşü gözlənilir.

 

Sfera.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

 

Məlumata görə, əvvəlcə Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-yə səfər edəcək. Amma hər iki ölkədə keçiriləcək seçkilərlə bağlı olaraq təmasların konkret tarixi hələ ki açıqlanmayıb. Hazırda tarixlərin müəyyənləşdirilməsi istiqamətində işlər gedir.

 

Bildirilib ki, R.T.Ərdoğan C.Baydenin görüşü iyul ayında keçiriləcək NATO sammiti çərçivəsində də ola bilər. Payız aylarında isə ABŞ-dən olan iki nümayəndə heyəti Türkiyədə səfərdə olacaq. ABŞ xüsusilə yaşıl enerji ilə bağlı Türkiyə ilə əməkdaşlıqda maraqlıdır.

 

Qeyd olunub ki, bu səfərlərin məqsədi Ankara ilə Vaşinqton arasında münasibətlərdə yeni mərhələnin əsasını qoymaqdır.

 

Xatırladaq ki, Türkiyəyə F-16 qırıcılarının tədarükü uzun müddətdir mübahisəli olaraq qalırdı. Ankaranın İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsindən sonra ABŞ Konqresi də qırıcıların satışı ilə bağlı müqaviləni təsdiqlədi. R.T.Ərdoğan fevralın 12-də deyib ki, ABŞ Türkiyənin F-16 qırıcıları ilə bağlı tələbini yerinə yetirib. (Report)


OXŞAR XƏBƏRLƏR

Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka diyarında 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyinin m...

Bu ərazilərdə qaz olmayacaq

Bakı və Sumqayıtın bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.   "Azəriqaz"dan Sfera.az-a verilən məlumata görə, Qaradağ r...

Kapital Bank-ın 30 mln. manat həcmində istiqraznın abunə yazılışı başladı

7 may 2025-ci il tarixində Kapital Bank-ın 30 milyon manat həcmində istiqrazlarının abunə yazılışına bankın filial və şöbələrində start verilib. İstiqraz sahibi...

Azərbaycanda məşhur tiktoker insan alverində İTTİHAM EDİLİR - DETALLAR

Məşhur tiktoker Mahirə Marandskayanın cinayət iş üzrə istintaq yekunlaşıb və baxılması üçün məhkəməyə göndərilib.   Sfera.az məlumat verir ki, t...

Müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanılır

Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanılır.   Bu barədə Sfer...

Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək

Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.   Sfera.az xəbər verir ki, bu gün yarışın yarımfinal mərhələsinin cavab görüşlərinə start ver...