Gürcüstan Tehrandakı “3+3” formatını niyə boykot edir? – Natiq Cəfərlinin ŞƏRHİ

Gürcüstan Tehrandakı “3+3” formatını niyə boykot edir? – Natiq Cəfərlinin ŞƏRHİ

Bu gün Tehranda “3+3” regional formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) çərçivəsində görüş keçiriləcək. Lakin Gürcüstan Xarici İşlər Nazirliyi rəsmi Tbilisinin Tehranda “3+3” regional formatında keçiriləcək görüşdə iştirak etməyəcəyini bildirib.

 

Maraqlıdır, Gürcüstanın sözügedən format çərçivəsində keçirilən görüşdən imtinasının səbəbi nədir?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən REAL-ın icraçı katibi Natiq Cəfərli Gürcüstanın görüşdən imtina səbəbinin bu ölkənin iqtisadi cəhətdən uduzacağını düşünməsi ilə əlaqəli olduğunu deyib. O, Gürcüstanın bəzi məsələlərə qısqanclıqla yanaşdığını qeyd edib:

 

“Bir müddətdir, belə bir formatda görüşlərin keçirilməsi müzakirə olunurdu. Əsas müzakirə obyekti də logistik marşrutların açılmasıdır. Gürcüstanda hesab edirlər ki, İran və ya Ermənistan üzərindən yollar açılandan sonra Gürcüstanın iqtisadi logistik önəmi azalacaq. Gürcüstan bundan çəkinir. Çünki uzun illərdir elə Azərbaycan-Ermənistan münaqişəsinə, Ermənistanın təcavüzkar siyasətinə görə Gürcüstan Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana əsas logistik mərkəzə çevrilmişdi. Azərbaycandan Orta Asiyaya, hətta Uzaq Şərqə belə yüklər Gürcüstan üzərindən daşınırdı və Gürcüstan bu 30 ildə bəlli bir infrastruktur da qurmuşdu. Yol kənarlarında 10 minlərlə iş yeri yaranmışdı, yəni kiçik motellər, kafelər, texniki xidmət vasitələri, təmir yerləri və digər çoxsaylı iş yerləri var idi. Gürcüstan üzərindən keçən yollardan istifadəyə və onun dolayı dövriyyəsinə görə təqribən 1,5 milyard dollara yaxın vəsait əldə edirdi. İndi yeni yollar açılarkən Gürcüstan çəkinir ki, ərazisi üzərindən istifadə olunacaq yük dövriyyəsi xeyli azalacaq. Mənə elə gəlir ki, Gürcüstan bu səbəbdən sözügedən formata qısqanclıqla yanaşır”.

 

N.Cəfərli Azərbaycan və Türkiyənin Gürcüstanla ayrıca görüş keçirərək problemli məsələlərin həllinə nail ola biləcəyini vurğulayıb:

 

“Türkiyə və Azərbaycan bu mövzuda Gürcüstanla daha ciddi işləməlidir və bəzi yüklərin Gürcüstan üzərindən də keçəcəyini Gürcüstana demək lazımdır. Gürcüstanı bu 3+3 formatında iştirak etməyə dəvət etmək və israrlı olmaq lazımdır. Çünki Gürcüstanın iştirak etməməsi, açığı, beynəlxalq tərəfdaşlarda bəzi suallar yaradır. Ona görə də Türkiyə də, Azərbaycan da Gürcüstanla ikitərəfli görüşlərdə bu məsələləri diqqətə çatdırmalıdır ki, heç də Gürcüstanın üzərindən yüklərin keçirilməsinə tamamilə qadağa. Gürcüstan da bu prosesin iştirakçısına çevrilə bilər. Yəni Türkiyə, Azərbaycan və Gürcüstan arasında əlavə görüş keçirilə bilər”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Ordubad balındauyğunsuzluqlar aşkarlanıb - FOTO

Laboratoriya müayinələrinə əsasən uyğunsuzluq aşkarlanmış ümumi çəkisi 13 kiloqram olan istehlaka yararsız “Ordubad” əmtəə nişanlı bal məhsulu aşkar...

Hikmət Mirzəyev Türkiyə-Suriya sərhədinə baş çəkib

Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı Selçuk Bayraktaroğlu və qardaş ölkədə səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları ko...

Xaçmazda göldə 40 yaşlı kişinin meyiti tapılıb - Foto

Xaçmazda göldə 40 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az bildirir ki, "Report"un Şimal bürosunun məlumatına görə, meyit rayonun Yergüc kə...

Bu ərazidə evlər bərpa olunacaq, yeni binalar tikiləcək - QƏRAR

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti tərəfindən Zaqatala ra...

Prezident İlham Əliyev CGTN telekanalına müsahibəsindən görüntülər paylaşıb - VİDEO

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarında yanvarın 20-də Davosda CGTN (China Global Television Network) telekanalına müsahibəsindən görüntülər p...

"TikTok"un işində problemlər yaranıb

Rusiyalı istifadəçilər “TikTok”un işində problemlərdən şikayətlənirlər.   Sfera.az xəbər verir ki, bu barədə  “Roskomnadzor&rd...