"Rusiya Kiyevin Qərb sponsorları ilə dialoqa hazırdır" - Morqulov

Ukraynada atəşkəs üçün Rusiyanın təhlükəsizlik maraqları nəzərə alınmalı və reallıq etiraf edilməlidir. 

 

Sfera.az xəbər verir ki, bu şərti Rusiyanın Çindəki səfiri İqor Morqulov Çinin “Global Times” qəzetinə müsahibəsində qeyd edib .

 

“Atəşkəs və münaqişəyə son qoyulması bizim həmişə çağırış etdiyimiz şeydir. Təbii ki, Rusiya Federasiyasının ərazi bütövlüyünə və onun təhlükəsizlik sahəsində qanuni maraqlarına hörmətlə yanaşmaq şərtilə”, - diplomat bildirib.

 

Morqulov qeyd edib ki, Rusiya tərəfi heç vaxt Kiyevlə danışıqlardan imtina etməyib və “Qərb sponsorları ilə dialoqa hazırdır”.

 

Eyni zamanda, səfir bildirib ki, hazırkı vəziyyət danışıqlar üçün əlverişli deyil.

 

“Kiyev Vaşinqtondan əmrlər alaraq” açıq-aşkar qəbuledilməz və qeyri-real tələblər irəli sürür. Hələlik ABŞ və onların NATO-dan olan peyklərinin hərəkətləri məsələnin daha da gərginləşməsinə səbəb olmaq niyyətindən xəbər verir”, - XİN nümayəndəsi qeyd edib.

 

Xatırladaq ki, Morqulov daha əvvəl ABŞ və Avropa ölkələrinə Rusiya ərazisinə hücum üçün Ukraynaya tankların verilməsinin nəticələri barədə xəbərdarlıq edib. 

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR