Tərəflər Soçidə nəyə razılaşdı? - İqor Korotçenkonun ŞƏRHİ

Tərəflər Soçidə nəyə razılaşdı? - İqor Korotçenkonun ŞƏRHİ

“Putin bir daha nümayiş etdirdi ki, Rusiya Cənubi Qafqaz regionunda məqsəd və vəzifəsi sabitliyi pozmaq və Azərbaycanla Ermənistan arasında yeni müharibə alovlandırmaq olan xarici oyunçuların - Aİ, Fransa, ABŞ təsirinin güclənməsinə imkan vermək niyyətində deyil”.

 

Sfera.az bildirir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko Soçi görüşündən danışarkən deyib. O, həmçinin yekun bəyanatdan söz açıb:

 

“Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Soçidə danışıqlar başa çatıb. Yekun bəyanatda nə var?

 

1. Azərbaycanın ərazi bütövlüyü təsdiqləndi.

 

2. Qarabağdan və orada yaşayan erməni əhalinin “statusundan” bəhs edilmir. Gələcəkdə bu bölgədə baş verəcək proseslər Azərbaycanın daxili işi sayılır.

 

3.Bakı ilə İrəvan arasında sülh müqaviləsinin (İlham Əliyevin təklif etdiyi beş prinsip əsasında) bağlanması istiqamətində işlər gücləndiriləcək.

 

4.Rusiya Cənubi Qafqaz regionunda əsas oyunçu və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi kimi mövqeyini qoruyur”.

 

İ. Korotçenkonun sözlərinə görə, görüşdə Ermənistan və Azərbaycan Rusiya sülhməramlı kontingentinin fəaliyyətini yüksək qiymətləndiriblər.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR