Paşinyan Rusiyanın əlinə oynadı, Bakı üçün kritik mərhələ - Soçi görüşü gərgin keçəcək

Paşinyan Rusiyanın əlinə oynadı, Bakı üçün kritik mərhələ - Soçi görüşü gərgin keçəcək

“Biz Rusiya sülhməramlılarının Dağlıq Qarabağda qalmasını istəyirikmi? Əlbəttə, istəyirik. Rəsmi olaraq bəyan edirəm ki, Soçidə sənəd imzalamağa və Rusiya sülhməramlılarının Artsaxda “Dağlıq Qarabağ - red.) mövcudluğunun 10-15-20 il müddətinə uzadılmasını qəbul etməyə hazıram”.

 

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 29-da hakim “Mülki müqavilə” partiyasının qurultayında çıxışı zamanı deyib.

 

Bununla bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki,  Ermənistan Baş nazirinin üçtərəfli görüş ərəfəsində bu cür açıqlama verməsi təsadüfi deyil:

 

“Fikrimcə, göstəriş Kremldən gəlib. Kremlin Paşinyanın fikirlərini dərhal reaksiya verməsi bu ehtimalı daha da artırır. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov söyləyib ki, bu məsələnin müzakirəsi üçün vaxt var.   Sülhməramlıların Qarabağda qalma müddətinin uzanması Rusiyanın ürəyincədur. Bu, rəsmi Moskvanın regiondakı mövcudluğunu təmin edəcək əsas faktordur. Çox güman, üçtərəfli görüşdə sözügedən məsələ müzakirə olunacaq. Moskva Qarabağdakı rus hərbçilərinin qalma müddətinin uzadılmasına, bu mövzuda razılıq əldə olunmasına çalışacaq. Beləliklə, Kreml regiondakı mövcudluğu ilə bağlı təminat əldə edə bilər”.

 

Müsahibimiz bildirib ki, müddətin 15-20 il göstərilməsi də siyasi addımdır:

 

“Ola bilsin, Kreml rəhbəri "ortaq məxrəc" kimi bu müddətinin 5 il olmasını təklif etsin. Hərçənd bu da bizim maraqlarımıza tamamilə ziddir. Fikrimcə, Azərbaycan rəsmi səviyyədə Paşinyanın sərsəm iddialarına cavab verməlidir. Beləliklə, Rusiya tərəfi də anlamalıdır ki, biz sülhməramlıların ərazimizdə qalıb-qalmamasına özümüz qərar veririk və buna razı deyilik. Bu, həm də görüş ərəfəsində Rusiya lideri üçün mövqeyimizlə bağlı siqnal olar. Rusiyanın düşündürən Ermənistan yox, öz maraqlarıdır. Moskva İrəvandan  istifadə edir. Paşinyan bunu anlamalı və siyasi iradə göstərməlidir. Rusiya isə bilməlidir ki, daha bizim ona ehtiyacımız yoxdur. Moskva üçün daha faydalı olan variant Bakı ilə diqtə dilində danışmaq yox, diqqətli davranmaqdır. Əks halda, itirən özü olacaq. Bu gün keçiriləcək görüş Kreml üçün sınaqdır. Əgər Rusiya bizi sıxışdırmağa cəhd etsə və ya faktiki nəticə istiqamətində addımlar atmasa, Moskvanın iştirakı ilə növbəti üçtərəfli görüşlərə ehtiyac qalmaya bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

HƏMAS Qəzza razılaşmasını vasitəçilərə təhvil verdi

HƏMAS vasitəçilərə Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığa gəldiyi barədə məlumat verib.   Sfera.az xəbər verir ki, bu barədə ...

Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər

Dələduzlar növbəti dəfə aparıcı İlkin Həsənini hədəfə alıblar.   Sfera.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə paylaşım edib. İlkin ...

Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək - VİDEO

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək "Qış təlimi - 2025" bi...

İnstaqramın fəaliyyətində problem yarandı

Dünyanın bir sıra ölkələrində İnstaqram sosial şəbəkəsinin fəaliyyətində problemlər müşahidə olunur.   Sfera.az xəbər verir ki, bu barədə məşhur...

Çimnaz Sultanova vəfat etdi

Aktrisa Çimnaz Sultanova vəfat edib.   Sfera.az bildirir ki, aktrisa bağırsaq xərçəngindən dünyasını dəyişib.   Mərhum sabah dəfn ediləcək...

Çoxəsrlik ənənəni pozur: Mişel Obama Trampın andiçmə mərasimində iştirak etməyəcək

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama gələn həftə yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasimində iştirak etməyəcək. Bu barədə xanım Obamanın ofis...