Logo

Rusiya ilə Çin arasında GƏRGİNLİK: Casusluq ittihamı ilə SAXLANILDI

Rusiya ilə Çin arasında GƏRGİNLİK: Casusluq ittihamı ilə SAXLANILDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyada alim 4-cü mərhələ xərçəngdən müalicə aldığı xəstəxanada casusluq ittihamı ilə saxlanılıb.

Sfera.az xəbər verir ki, bu barədə alimin oğlu Maksim Kolker məlumat yayıb.

Məlumata görə, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Novosibirsk Dövlət Universitetinin Kvant Optik Texnologiyaları Laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, tanınmış alim Dmitri Kolkeri Çinə dövlət sirlərini ehtiva edən məlumatları verdiyi səbəbi ilə saxlayıb.

Alimin yaşadığı mənzilə daxil olan kəşfiyyat xidmətinin əməkdaşları evdə axtarış aparıblar. Ona məxsus şəxsi sənədlər müsadirə edilib.

İstintaqın məxfiliyi səbəbi ilə əməliyyat barədə alimin vəkillərinə heç bir məlumat verilməyib.

Dmitri Kolker Moskva məhkəməsində mühakimə olunacaq.

Vəsilə İbrahim

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR