Ərdoğan “SOCAR Türkiyə”nin mükafatını Mikayıl Cabbarova təqdim etdi - FOTOLAR

Ərdoğan “SOCAR Türkiyə”nin mükafatını Mikayıl Cabbarova təqdim etdi - FOTOLAR

Türkiyədə 2021-ci ilin lider ixracatçı müəssisələri arasında yer alan “SOCAR Türkiyə” pandemiyanın mənfi təsirlərinə baxmayaraq, istehsal prosesini fasiləsiz olaraq davam etdirib.

 

Sfera.az Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov deyib.

 

“Xüsusilə SOCAR-ın törəmə müəssisələri olan “Petkim” ve STAR NEZ-in inteqrasiyalı fəaliyyəti sayəsində fasiləsiz istehsalatı yaradılan sinerji, güclü hesabatlılıq və texnoloji transformasiya ilə dəstəkləyərək bu uğura nail olduq. Türkiyənin ilk 10 ixracatçı müəssisəsi arasında yer almaqdan böyük qürur duyuruq. Dost və qardaş Türkiyənin ixracatına verdiyimiz töhfə bizim üçün xüsusilə önəmlidir”, - nazir bildirib.

 

Qeyd edək ki, Türkiyə İxracatçılar Məclisi (TİM) “2021-ci il İxracat Çempionları” siyahısını açıqlayıb. Türkiyədə ən böyük xarici investoru olan “SOCAR Türkiyə” bu siyahıda 8-ci yerə layiq görülüb. Həmçinin “SOCAR Türkiyə”nin törəmə müəssisəsi olan "Petkim" TİM-in “İlk 1000 ixracatçı” siyahısında 22-ci sırada yer alıb.

 

Haliç Konqres Mərkəzində keçirilən tədbirdə ötən il Türkiyədə ən böyük ixrac dövriyyəsinə malik olmuş 10 şirkətə mükafatlar verilib.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “SOCAR Türkiyə”nin layiq görüldüyü mükafatı Mikayıl Cabbarova təqdim edib.

 

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkəti 2006-cı ilin sonlarında Türkiyədə “SOCAR Turkey” törəməsini təsis edilib. Şirkət Türkiyədə neft emalı və neft-kimya sahələrində layihələr icra etmək, təbii qaz ticarətini həyata keçirmək üçün yaradılıb. “SOCAR Turkey Enerji” şirkəti “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir.

 

Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.

 

“Petkim”in səhmləri İstanbul Fond Birjasında qiymətləndirilir.


OXŞAR XƏBƏRLƏR

Zaqataladakı dönərxananın sahibi danışdı: "Özüm də yemişəm, heç bir problem yoxdur"  - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub. Zəhərlənən şəxslərin hamısının şəhərin müxtəlif dönərxanalarında haz...

Tom Kruz uşaqları ilə nadir fotosessiyaya çəkildi - FOTOLAR

61 yaşlı amerikalı aktyor Tom Kruz böyük uşaqları ilə birlikdə görünüb.   Sfera.az bildirir ki, İzabella (Bella) və Konnor aktyorun Nikol Kidmanla ev...

Kapital Bank hər kəsə 200 AZN verir? - AÇIQLAMA

Sosial şəbəkə platformalarında kiberdələduzlar tərəfindən Səhiyyə Nazirliyinin dəstəyi görüntüsü ilə Kapital Bank adından saxta kampaniyalar həyata keçirilir. ...

Maradonanın “Qızıl top”u hərraca çıxarıldı

Argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında ən yaxşı oyunçu kimi qazandığı “Qızıl top” hərraca çıxarılacaq.   S...

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatdı - YENİLƏNDİ

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.   Sfera.az xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi mə...

Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi

İsveçin Malmö şəhərində keçirilən “Eurovision 2024” mahnı müsabiqəsində Ukrayna təmsilçiləri Alyona Alyona və Cerri Heil Eurovision 2024 finalına və...