Logo

Zelenskidən yəhudilərə çağırış - “Bunlar olmasa, müharibə uzanacaq”

Zelenskidən yəhudilərə çağırış - “Bunlar olmasa, müharibə uzanacaq”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukraynanın güclü hücum silahlarına ehtiyacı var, bunlarsız müharibə sadəcə uzanacaq və bu da öz növbəsində itkilərin sayını artıracaq.

Sfera.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Amerika Yəhudiləri Komitəsinin forumunun iştirakçıları qarşısında çıxışı zamanı deyib .

O, Rusiyanın bəşəriyyətə qarşı nifrətini dayandırmaq üçün səyləri ikiqat artırmağa çağırıb.

“Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi zərurətini müdafiə edin. Bu, sizin səlahiyyətinizdədir. Ukraynaya silah tədarükünü sürətləndirməyə kömək edin ki, işğal olunmuş əraziləri azad edək. Bizə güclü hücum silahları lazımdır, bunlarsız müharibə uzanacaq”, - Zelenski qeyd edib.

Forum iştirakçılarına müraciət edən dövlət başçısı onları Ukraynaya daha əsaslı yardımı artırmaq üçün öz təsir imkanlarından daha da çox istifadə etməyə çağırıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR