Simonyançılar Azərbaycandan "PERSONA non GRATA" edildi - XƏBƏRDARLIQ

Simonyançılar Azərbaycandan

"Sputnik Azərbaycan" saytının baş redaktoru Antonava Tryzno Veranika və onun həyat yoldaşı, media orqanının prodüsseri Pavel Antonovun Azərbaycanda iş icazəsinin vaxtının uzadılmasından imtina edilib. Beləliklə, hər iki şəxs ölkədən çıxarılıb.

 

Bu qərar gözlənilməz deyildi, çünki söhbət Rusiyada erməni lobbisinin aparıcı simalarından olan Marqarita Simonyanın rəhbərlik etdiyi və Azərbaycana qarşı açıq şəkildə erməni təbliğatı aparan "Sputnik"dən gedir. Antonovlar da Simonyanın göstərişilə Bakıda oturub Bakının əleyhinə işləyirdilər.

 

Sfera.az publika.az-a istinadən xəbər verir ki, istər 44 günlük Vətən müharibəsində, istərsə də Rusiya-Ukrayna hərbi qarşıdurmasında "Sputnik"in Azərbaycan əleyhinə işlədiyinə və bunu gizlətmək belə niyyətində olmadığına şahidlik etdik. Bu media orqanının nümayəndələrinin ölkədən çıxarılması Azərbaycan cəmiyyətinin tələbi idi. Burada məsələ Azərbaycanın Rusiyanı təmsil edən media resursuna qarşı addımı yox, Rusiyanı təmsil edən media orqanının Azərbaycan əleyhinə fəaliyyətinə qarşı adekvat addım atmasıdır.

 

Vətən müharibəsində "Sputnik"in Azərbaycan və Ermənistan nümayəndəliklərinin fəaliyyəti arasındakı təbliğat fərqi aydın görünürdü.

 

Azərbaycan nümayəndəliyi torpaqlarımızda 30 ildir davam edən erməni işğalına son qoyulmasına loyal münasibət göstərir, ən azı neytrallığı ilə işğalçıya dəstəyini nümayiş etdirirdi.

 

Ermənistan nümayəndəliyi Azərbaycanın əleyhinə aparılan informasiya müharibəsinə liderlik edirdi və müharibədən iki ilə yaxın keçməsinə baxmayaraq, "Sputnik Ermənistan" anti-Azərbaycan fəaliyyətində liderliyini davam etdirir.

 

Halbuki, hər iki nümayəndəlik Rusiyanın media resursu olduğu üçün ən azı neytral qalmalı idi. Azərbaycan nümayəndəliyinin neytral qalması, Ermənistan nümayəndəliyinə isə hücum etmək göstərişi verilmişdi. Təəccüblü deyildi, çünki "Sputnik"ə rəhbərlik edən Marqarita Simonyanın Azərbaycana münasibəti bəllidir və Simonyan Rusiya dövlətinin ona yaratdığı imkanları Bakıya qarşı düşmən təbliğatının aparılması işində geniş şəkildə istifadə edir.

 

Hətta Simonyan özünü Qarabağın Rusiyaya birləşdirilməsi çağırışlarını edə biləcək qədər "toxunulmaz" hesab edir. Rusiyanın Ukraynada "DNR" və "LNR"-in müstəqilliyini tanımasından və müharibəyə başlamasından sonra Simonyan sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinin Rusiyaya birləşdirilməsi təbliğatını aparır, Qarabağda Rusiya bayrağından yaradılmış "Z" simvolikasını dəstəkləyir, separatçıların "nə vaxtsa biz də Rusiyanın tərkibində olacağıq" şərhinə "ümid edirəm" cavabını yazır.

 

Bu, Rusiya ərazisində, eləcə də Rusiyanın adı altında Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdiddir və bu təhdidi irəli sürən Simonyanın rəhbərlik etdiyi "Sputnik"in nümayəndələrinin Azərbaycandan çıxarılması o deməkdir ki:

 

- Rəsmi Bakı öz suverenliyinə yönəlik istənilən fəaliyyətə qarşı barışmaz mövqeyindən geri çəkilməyəcək;

- Antonovların ölkədən çıxarılması "Sputnik"in Azərbaycan nümayəndəliyinin fəaliyyəti üçün bir xəbərdarlıqdır: ya obyektiv işləyəcəklər, ya da işləməyəcəklər


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...