Slovakiya Milli Şurasının sədri Azərbaycana gəldi
19:04 / 10.06.2022
8709
Slovakiya Milli Şurasının sədri Boris Kollar iyunun 10-da Azərbaycana rəsmi səfərə gəlib.
Sfera.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Slovakiya Milli Şurasının sədri Boris Kolları Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.