“Dövlətlər ya suveren olur, ya da müstəmləkə” - Putin

“Dövlətlər ya suveren olur, ya da müstəmləkə” - Putin

“Müasir dünyada dövlətlər ya suveren, ya da müstəmləkə ola bilər, aralıq dövlət olmur".

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

 

“Dünya sürətlə dəyişir. Liderliyə iddialı olmaq üçün hər hansı bir xalq öz suverenliyini təmin etməlidir. Çünki aralıq dövlət yoxdur: ölkə ya suverendir, ya da müstəmləkə”, - deyə Putin bildirib.

 

Onun sözlərinə görə, müstəmləkələrin sərt geosiyasi mübarizədə sağ qalmaq şansı yoxdur: Əgər bir ölkə və ya bir qrup ölkə suveren qərarlar qəbul edə bilmirsə, o, artıq müəyyən dərəcədə müstəmləkədir və müstəmləkənin belə sərt geosiyasi mübarizə şəraitində yaşamaq üçün tarixi perspektivi yoxdur.


OXŞAR XƏBƏRLƏR