Zakir Həsənov yüksək səviyyəli qonaqlarla birgə “Efes-2022” beynəlxalq təlimini izlədi

Zakir Həsənov yüksək səviyyəli qonaqlarla birgə “Efes-2022” beynəlxalq təlimini izlədi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov yüksək səviyyəli qonaqlarla birgə “Efes-2022” çoxmillətli təlimini izləyib.

 

Sfera.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

 

Təlimin gecə saatlarında keçirilən mərhələsində aşkar edilən dəniz minasının zərərsizləşdirilməsi və terrorçular tərəfindən zəbt edilən gəminin azad olunması tapşırıqları yerinə yetirilib.

 

Qeyd edək ki, təlimə Əlahiddə Ümumqoşun Ordudan və Hərbi Dəniz Qüvvələrindən bir qrup hərbi qulluqçumuz da cəlb edilib.


OXŞAR XƏBƏRLƏR