Ərdoğan Venesuelaya səfər edəcək

Kateqoriya məlum deyil
T
Venesuela prezidenti Nikolas Maduro Türkiyəyə rəsmi səfərə gedib.
Sfera.az TRT-yə istinadən xəbər verir ki, səfəri çərçivəsində dövlət başçısı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Görüşdən sonra sənədlərin imzalanması mərasimi təşkil edilib.
Daha sonra birgə mətbuat konfransı keçirən dövlət başçıları mediaya açıqlamalarla çıxış ediblər.
Türkiyə prezidenti imzalanan sənədlərlə ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini bildirib. Ərdoğan, həmçinin avqust ayında Venesuelaya səfər edəcəyini də qeyd edib.






