\"Ankara Kremldən güzəştli şərtlər və imtiyazlar istəyir\" - Lavrovun Türkiyə səfəri şərh edildi

\

“Rusiya XİN rəhbərinin Türkiyə səfəri gözlənilən idi. Səfər öncəsi onun çantasında hansı mövzuların olması da bəlli idi. Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Ukrayna, Suriya, Liviya və Qarabağ münaqişələrinin nizamlanması, həmçinin Balkanlar, Əfqanıstan və Mərkəzi Asiyadakı vəziyyəti müzakirə etməyi planlaşdırırdı”.

 

Sfera.az xəbər verir ki, bu sözləri açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə rəsmi səfərini şərh edərkən deyib.

 

Onun sözlərinə görə, Lavrovun Türkiyədə hansı mövzuları müzakirə edəcəyi bəlli olsa da, bir mövzu gözdən yayınıb:

 

“Hesab edirəm ki, tərəflər arasında əsas müzakirə mövzusu iqtisadi münasibətlərin inkişaf etdirilməsi və ticarət dövriyyəsinin artırılması olacaq. Məlum olduğu kimi, Rusiya-Ukrayna müharibəsinə görə Qərb ölkələri Rusiyaya sərt sanksiyalar tədbiq edir. Artıq Avropa ölkələrinin ən böyük şirkətləri rus bazarını tərk etməyə başlayıb. 

 

Türkiyə prosesi ən yaxından izləyən ölkələrdəndir. Rəsmi Ankara anlayır ki, hazırda Rusiya bazarlarında kifayət qədər boşluq var və rəqabət imkanları sadələşib. Buna görə də türk şirkətlərinin Rusiya bazarına girməsini istəyir. Bunun üçün isə Kremldən ilk növbədə güzəştli şərtlər və imtiyazlar istəyir. Düşünürəm ki, Kreml buna gedəcək, çünki özünün də buna ehtiyacı var“.

 

Turan Rzayev

Sfera.az


OXŞAR XƏBƏRLƏR