Niderlanda yeni təyin olunan səfirimiz kimdr? - DOSYE

Niderlanda yeni təyin olunan səfirimiz kimdr? - DOSYE
Kateqoriya məlum deyil
T

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti tərəfindən diplomatik təyinatlarla bağlı sərəncam imzalanıb.

Sfera.az xəbər verir ki, Dövlət başçısının digər sərəncamına əsasən, Anar Keykavus oğlu Əcəmov Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Anar Əcəmov uzun illər Azərbaycan Xarici İşlər Nazirliyi sistemində diplomatik fəaliyyət göstərib. O, müxtəlif dövrlərdə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində çalışıb.

Əcəmov Azərbaycanın Serbiyadakı səfirliyində müşavir, daha sonra isə Monteneqrodakı diplomatik nümayəndəliyində müşavir vəzifəsində fəaliyyət göstərib.

2018-ci ildə o, Azərbaycanın Monteneqrodakı müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərib.

Daha sonra Anar Əcəmov Azərbaycan Xarici İşlər Nazirliyində çalışıb. 2025-ci ildə onun XİN-in Avropa idarəsinin müdiri vəzifəsini icra etdiyi bildirilib.

Yeni təyinatla Anar Əcəmov Azərbaycanı Niderland Krallığında fövqəladə və səlahiyyətli səfir kimi təmsil edəcək.\\azxeber.com

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR