"Alban kilsəsinin adı Müqəddəs Məryəm kilsəsi kimi göstərilir" - Deputatdan etiraz
Kateqoriya məlum deyil
"Azərbaycanda turistlər "Google Map"dən istifadə edirlər, bu proqramda isə tarixi abidələrin adı yanlış göstərilir".
Sfera.az xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında deputat Erkin Qədirli deyib.
Millət vəkili ölkəyə gələn turistlərin tarixi abidələrin adını yanlış öyrəndiyini bildirib:
"Azərbaycanda turistlər çox zaman onlayn xəritə ilə gəzirlər. Lakin bəzən bu xəritələrdə tarixi abidələrin adı yanlış göstərilir. Gedirsən Çaykəndə, Alban kilsəsinə, lakin "Google Map"də kilsənin adı "Müqəddəs Məryəm" kilsəsi olaraq göstərilir. Turistlər onlayn xəritədən tamam yanlış təəssürat alırlar".
Əzizə Zeynal
Sfera.az






