Sığorta şirkəti və ya...? - Sığortadan növbəti süründürməçilik

Sığorta şirkəti və ya...? - Sığortadan növbəti süründürməçilik
 Zaman-zaman sığorta şirkətləri ilə onların müştəriləri arasında anlaşılmazlıqların şahidi olmuşuq. Bunların bir qismində qanuni yolla sığorta şirkətləri hər şeyin qaydasında getdiyini isbatlasalar da, bəzi hallarda onların müştərilərinə qarşı etdikləri sayğısızlıq, fırıldaqçılıq da üzə çıxır. 
 
Sığorta üzrə növbəti şikayət Dövlət Sığorta Şirkətindəndir. Belə ki, Şamil Elekberov adlı "Facebook" istifadəçisi ona ödənilməli olan haqlı, halal pulunun sığorta şirkəti tərəfindən ödənişinin gecikdirildiyini və Milli Bankın Hesablama Palatasına yazılan şikayətin də problemin həllində  heç bir yardım etmədiyini bildirib. 
 
Sözügedən paylaşımı diqqətinizə çatdırırıq:
 
"Şikayətim Dövlət Sığorta şirkətindəndir.06.02.2020 tarixində sənədləri forma 4 bank hesabı və s.hamısını təqdim etmişəm.10.02.2020 tarixində qiymətləndirmə oldu.10 iş günü ərzində hesabıma pulun köçəcəyini desələrdə.artıq bir aydır ki,hesabıma pulu köçürtmürlər.Milli banka hesablama palatasına şikayət ərizəsi yazsamda xeyri yoxdur.Görəsən bu sığortadan pul Alan olubmu?çox maraqlıdı"

OXŞAR XƏBƏRLƏR