Şəhidin həyat yoldaşı Şəhidlər Xiyabanında döyülüb? – DİN-dən AÇIQLAMA

Şəhidin həyat yoldaşı Şəhidlər Xiyabanında döyülüb? – DİN-dən AÇIQLAMA
Şəhid Pərvin Həmidovun həyat yoldaşı Günay Həmidova bəzi iddialarla çıxış edib. O bildirib ki, qayınanası, baldızı pul üstündə Şəhidlər Xiyabanında onu döyüblər.

Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Onun iddiaları hər kəsi təəccübləndirib:

"8 martda yoldaşımın ad günü idi. Baldızım, qayınanam məni yoldaşımın ad günündə Şəhidlər Xiyabanında döydülər. Buna səbəb o idi ki, mən şəhidlərə verilən pulu almayım. Polis şəhid ailəsi olduğu üçün işə qarışa bilmir. Bəs mən nəyiyəm?! Mən də onun yoldaşıyam, iki balamız var. Yoldaşımın yas mərasimində Heydər Əliyev Fondundan gəlib 10 min manat pul veriblər. Qayınatam gələnlərə deyib ki, gəlinim özünü pis hiss edirdi, atası evindədir. Səhəri günü qayınatam məni aldadaraq dedi ki, ərzaq gətiriblər, bu sənədə qol çəkməlisən. Mən də yasda olduğuma görə bilməyib sənədə qol çəkmişəm. Qayınatam mənim həssas vəziyyətimdən istifadə edib sənədə qol çəkdirdi. Pulla bağlı mənə şəhid anaları məlumat verdilər, alıb- almamağımı soruşdular. İcra başçısının qəbuluna gedəndə məsələ açıldı. Qayınatamın məni aldatdığını orada öyrəndim. Yenidən pulu qayınatamın əlindən alıb mənim hesabıma köçürtdülər. Qayınatam indi isə indi deyir ki, pulu orduya bağışlayıb".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Cebhe.info-ya bildirib ki, həqiqətən hansısa təzyiq varsa, belə hal yaşanırsa, məsələnin araşdırılması üçün rəsmi qaydada müraciət edilə bilər:

OXŞAR XƏBƏRLƏR