Sarımsaq kömək etmir - ÜST koronavirusla mübarizə üçün ən təsirli vasitəni AÇIQLADI

Sarımsaq kömək etmir - ÜST koronavirusla mübarizə üçün ən təsirli vasitəni AÇIQLADI
Xəstəlik yaşlı insanlar üçün təhlükəli olsa da, bütün yaşlar infeksiyaya həssasdır, odur ki, qoruyucu tədbirlərə əməl etmək tövsiyə edilir.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı əlləri və üzü sabunla müntəzəm şəkildə yumağı koronavirusa yoluxmaqdan qorunmağın ən effektiv yolu adlandırıb. ÜST-ün İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti tərəfindən verilən tövsiyələrdə qeyd edilir ki, infeksiyaya qarşı mübarizə aparmaq üçün elektrikli əl quruducularının təsiri barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

COVID-19-dan qorunmağın ən effektiv yolu əlləri tez-tez yumaqdır. Bu, dəridə ola bilən virusları məhv edəcək, gözlərinizə, ağzınıza və ya burnunuza toxunduqda infeksiyanın qarşısını alacaq. Əl qurutma cihazları koronavirusu öldürmür. Yeni infeksiyanın qarşısını almaq üçün əllərinizi spirt tərkibli antiseptik ilə mütəmadi olaraq silməli, sonra onları sabun və su ilə yumalısınız. Yuyulan əllər kağız dəsmal və ya elektrik quruducusu ilə yaxşıca qurudulmalıdır.
 
Həkimlər həmçinin insanları dərini ovmamağa və ağardıcı istifadə etməməyə səsləyib. Bundan əlavə, ÜST mütəxəssisləri açıqlayıb ki, burnun duzlu su ilə müntəzəm yuyulmasının və ya sarımsaq istifadəsinin yeni növ koronavirusdan qoruya biləcəyinə dair elmi dəlil yoxdur. Soyuq havada isti vanna və açıq havada gəzinti COVID-19-un məhvinə kömək etmir.

Ümumdünya Səhiyyə Təşkilatı vurğulayıb ki, bu günə qədər dünyada xəstəliyi müalicə edə biləcək və ya profilaktik tədbir kimi istifadə olunan sübut edilmiş effektiv dərman yoxdur. Bununla birlikdə, uyğun gələn bakterial infeksiyaları müalicə etmək və xəstəliyin simptomlarını aradan qaldırmaq üçün antibiotiklərdən istifadə mümkündür./publika.az

OXŞAR XƏBƏRLƏR

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Fransa və Almaniya 2040-cı ilə qədər döyüş tankının birgə istehsalı layihəsinin növbəti mərhələsinə keçmək barədə razılığa gəliblər.   Sfera.az "...

Bakıda körpə eyvanda anasının qucağından düşərək ÖLDÜ- YENİLƏNDİ

Prokurorluq Bakıda körpənin mənzilin eyvanından düşərək ölməsi faktı ilə bağlı araşdırma aparır.   Sfera.az xəbər verir ki, aprelin 26-da saat 8 radə...

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...