Saleh Məmmədovun oğlunun 2.5 milyonluq saatı oğurlanıb

Saleh Məmmədovun oğlunun 2.5 milyonluq saatı oğurlanıb

İspaniyanın məşhur İbiza kurortunda Azərbaycan vətəndaşının 1 milyon funt sterlinqliq dəyərində saatı oğurlanıb.

"Yeni Sabah” xəbər verir ki, hadisə haqqında ingilis mətbuatı məlumat yayıb. Xəbərə görə, İspaniyanın İbiza adasında 22 yaşlı Azərbaycanlı turist soyğunçuluğa məruz qalıb. Məlumatda bildirilir ki, adadakı sahillərdən birində yaxın dostu ilə gəzintiyə çıxmış həmin gəncin qarşısını kəsən quldur onu döyərək, qolundakı təxminən 2.5 milyon manatlıq olan "Mille 50-03 McLaren F1” markalı saatını əlindən alaraq qaçıb. Azərbaycanlı hadisə ilə bağlı polisə müraciət edib.

Bütün dünya mediası hazırda bu 22 yaşlın 1 milyon funt-sterlinq dəyərində saat taxmasından yazır. Jurnalist Cavanşir Həsənli yazır ki, dünyanın məşhur milyonerləri, böyük şirkət sahibləri də belə qələti eləmirlər. 

Bəs, 22 yaşlı azərbaycanlı kimdir?: "Siz onu bəlkə də tanımırsınız, amma atasını gözəl tanıyırsınız. Dünyada 75 nüsxə ilə buraxılan Richard Mille 50-03 McLaren F1 saatları ancaq bizim məmurların övladları kimi kütbeyinlərə 1 milyon funta satırlar. Hələ də maraq edirsiniz kimdir?

Gözünüz ayağınızın altına baxsın. Nə görəcəksiniz? Asfaltı dağılmış, çökmüş yollar... Bizim yollarımızdır, milyonlar nədir, milyardların yeyildiyi yollar. 

22 yaşlı azərbaycanlı məmur balasını yollarımız çoxdan Londona aparıb çıxarıb.  O, 19 yaşında İngiltərənin milyonerləri sırasında idi. Həmin şəxs Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun 1997-ci il oktyabr təvəllüdlü oğlu Sübhan Məmmədlidir. 

2015-ci ildən indiyə kimi Londondakı King’s College-də təhsil alır, Avstriyada və Britaniyada atasının yollardan yığdıqlarının hesabına çoxmiyonlu şirkətlər açıb. Londonda Camellia House-də 5 milyonluq mənzil sahibidir. 

İndi bir saatı itirib, noolsun? Elə bilin, Xətaidə yol çöküb... Kimsə Saleh Məmmədova deyəsi deyil ki, gözün üstdə çatma qaşların var”.

 



OXŞAR XƏBƏRLƏR

36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının qalibi OLDU

Bu il 36 azərbaycanlı tələbə 2024/2025-ci tədris ili üçün İsveç İnstitutunun Qlobal Peşəkarlar üçün Təqaüd Proqramının qalibi olub.   Sfera.az bu bar...

Xalq artistinin konsertində izdiham yaşandı - VİDEO

Xalq artisti Tünzalə Ağayeva Dənizkənarı Milli parkda baş tutan xalq konsertində iştirak edib. Sferaz.az xəbər verir ki, pop ulduz həmin gecə üçün ağ libas...

Paşinyan: "Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir"

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.   Sfera.az “news.am”a i...

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...