36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının qalibi OLDU

36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının qalibi OLDU

Bu il 36 azərbaycanlı tələbə 2024/2025-ci tədris ili üçün İsveç İnstitutunun Qlobal Peşəkarlar üçün Təqaüd Proqramının qalibi olub.

 

Sfera.az bu barədə İsveçin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.

 

“2024/2025-ci tədris ili üçün İsveç İnstitutunun Qlobal Peşəkarlar üçün Təqaüd Proqramının bütün azərbaycanlı qaliblərini təbrik edirik. Bu il neçə azərbaycanlı tələbənin SI təqaüdü qazandığını təxmin edə bilərsinizmi? 36! Bəli, bu rekord göstəricidir! Azərbaycan 10 faiz nəticə ilə yenə 1-ci yerdədir (357 qalibdən 36-sı azərbaycanlıdır). Onlara İsveçdəki akademik həyatlarında müvəffəqiyyət arzulayırıq”, - diplomatik missiyanın “feysbuk” sosial şəbəkəsindəki paylaşımında qeyd edilib.

 

Qeyd edək ki, İsveç İnstitutunun Qlobal Peşəkarlar üçün Təqaüd Proqramları öz ölkələrində və regionlarında demokratik, bərabər və dayanıqlı cəmiyyətlər yaratmağa çalışan gələcək dünya liderlərini dəstəkləmək məqsədi daşıyır. Təqaüdçülər akademik nailiyyətləri, peşəkar, liderlik təcrübələri və dayanıqlı inkişafa töhfə vermək potensialları əsasında seçilir.


OXŞAR XƏBƏRLƏR

Xərçəngə səbəb ola bilən ət məhsullarının adları çəkilib

İngilis diyetoloqları Duane Mellor və Metyu Lambertin fikrincə, qırmızı və ultra emal olunmuş ətlər ən kanserogen (xərçəng törədən) qidalar sırasındadır. S...

Hakim Trampdan susmağı xahiş edib - SƏBƏB

Nyu-York məhkəmə hakimi Xuan Merçan keçmiş Amerika lideri Donald Trampdan gələcək prezident ola biləcəyinə görə susmağı və məhkəmə prosesini ictimaiyyətə şərh e...

Bədəndə bioloji saatın sinxronizasiyası qocalmanın qarşısını ala bilər

Bədəndə iki fərqli bioloji saatın sinxronizasiyası qocalmanın qarşısını ala bilər. Sfera.az bildirir ki, 24 saatlıq dövr ərzində bioloji prosesləri tənzi...

Şakiranın yeni sevgilisi ona jest etdi

31 yaşlı britaniyalı aktyor Lucien Laviscount  Şakiranı indiyə qədər tanış olduğu ən gözəl insanlardan biri adlandırıb.   Sfera.az bildirir ki, ...

Əri tərəfindən boğularaq qətlə yetirilən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO

Sabunçu rayonunun Ramana qəsəbəsi, “3-cü Mədən” adlanan nömrəsiz fərdi yaşayış evlərinin birində 28 yaşlı Nurəddin Məmmədov aralarında yaranan mübah...

Sirri hələ də açılmamış ən qəribə bank quldurluğu

27 avqust 2003-cü ildə ABŞ-da pizza kuryeri Brayan Uells şəhərin ucqar bir hissəsinə çatdırılma etmək üçün yola çıxdı. Pizzaları çatdırsa da, heç kimin ağlına b...