ÜST-dən COVID-19-un yeni ştamları ilə bağlı sevindirici AÇIQLAMA
"Koronavirusun mutasiyaya uğramış variantlarının yayılması pandemiyanın yeni dalğasına səbəb olmayacaq". Sfera.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun direktoru Hans Kluge "El Pais” qəzetinə müsahibəsində bildirib. "Yeni variantlar virusun hələ də bizə zərbə vurduğunu vəhşicəsinə xatırladır. Ancaq bu, yeni virus deyil, bu, sahibinə, yəni insana uyğunlaşmağa çalışan hər bir patogenin normal təkamülüdür. Bu, yeni pandemiyanın başlanğıcı deyil, amma,