Virusdan sağalanlar üçün mühüm tövsiyə: Bu əlamətləriniz qalıbsa...
Koronavirusu keçirən insanlarda bəzi əlamətlər qala bilər. Buna post-COVID sindromu deyilir. Yəni qalan əlamətlər koronavirusdan sonrakı dövrün əlamətləridir. Ancaq bu dövrdə heç bir müalicəyə ehtiyac yoxdur. Sfera.az xəbər verir ki, bu sözləri Publika.az-a tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyib. Həkim bildirib ki, virusu keçirəndən sonra yuxusuzluq, əsəb, bəzi xəstələrdə boğaz ağrıları, nəfəs darlığı, ürək döyüntülərinin artması, saçların tökülməsi, bağırsaq pozğunluğu