Bu şəxslər isti havalarda diqqətli olmalıdır
Anomal istilərdə sağlamlığınızı diqqətlə izləməlisiniz. Hər şeydən əvvəl bu, ürək-damar sistemi xəstəliklərindən, xüsusən də hipertoniyadan əziyyət çəkən insanlara aiddir. Sfera.az xəbər verir ki, bu barədə rusiyalı kardioloq Darya Volkova "360” televiziya kanalına verdiyi müsahibəsində bildirib. Onun sözlərinə görə, xüsusilə ürək xəstəliyi olan insanlar dərmanları qəbul etməyə davam etməlidir: "Dərman qəbul etmələrinə baxmayaraq, təzyiq yüksəlirsə, təcili yardım üçün başqa preparatlar var.