Ayaqlarda yaranan şişkinlik hansı xəstəliklərin əlaməti ola bilər?
Ayaqlarda yaranan sıx və davamlı şişkinlik ürək çatışmazlığının əlamətlərindən biri ola bilər. Bu vəziyyət həmçinin damar, böyrək və qaraciyər xəstəlikləri ilə əlaqəli ola bilər.
Sfera.az xəbər verir ki, bu barədə kardioloq Anastasiya Poskakalova RT-yə müsahibəsində danışıb. Həkimin sözlərinə görə, ayaqlarda ödemin əsas səbəblərindən biri xroniki ürək çatışmazlığıdır. Bu zaman ürək qanı effektiv şəkildə pompalaya bilmir və nəticədə orqanizmdə maye yığılması baş verir.
Mütəxəssis bildirib ki, xroniki venoz çatışmazlıq da ayaqlarda şişkinliyin geniş yayılmış səbəblərindəndir. Bundan başqa, ayaqlarda qan durğunluğu qaraciyər və böyrək xəstəlikləri, eləcə də qalxanabənzər vəzinin funksiyasının azalması ilə əlaqəli ola bilər.
Qeyd edək ki, ayaqlarda şişkinlik hər zaman ürək xəstəliyindən xəbər vermir. Lakin şişkinlik davamlıdırsa, səbəbi bilinmirsə və ya getdikcə artırsa, həkimə müraciət etmək vacibdir. Şişkinlik nəfəs darlığı və ya sinə ağrısı ilə müşayiət olunarsa, təcili tibbi yardım almaq lazımdır.
Fatimə
Sfera.az






