Əhali ən çox bu səbəbdən həkimə gedir — Agentlik

"2026-cı ilin yanvar-avqust ayları ərzində icbari tibbi sığorta çərçivəsində əhali arasında ən çox ümumi tibbi müayinə xidmətinə müraciət qeydə alınıb".
Bu məlumat Sfera.az saytının sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən verilən cavabda yer alıb.
Agentlikdən bildirilib ki, ümumi tibbi müayinə xidmətinə müraciətlərin sayı 3 milyondan çox olub.
"Müraciətlər arasında endokrin sistemin xəstəlikləri ilə bağlı xidmətlərə 2,1 milyondan çox, qan dövranı sistemi xəstəlikləri ilə bağlı xidmətlərə 1,7 milyondan çox, tənəffüs sistemi xəstəlikləri ilə bağlı xidmətlərə 1,7 milyona yaxın, sidik-cinsiyyət sistemi xəstəlikləri ilə bağlı xidmətlərə isə 1,2 milyondan çox müraciət edilib", - deyə sorğuya cavabda qeyd olunub.
Agentlikdən o da bildirildi ki, 2026-cı ilin yanvar-avqust ayları ərzində icbari tibbi sığorta çərçivəsində dövlət tibb müəssisələrində ümumilikdə 65,6 milyondan çox xidmət göstərilib:
"Agentliyin məlumatına əsasən, tibbi xidmətlərin 88%-ni ambulator, 12%-ni stasionar xidmətlər təşkil edib. 2026-cı ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə göstərilən tibbi xidmətlərin sayı isə 9% artıb".
İradə Elsevər






