Flora Kərimovanın SON DURUMU açıqlandı

Flora Kərimovanın SON DURUMU açıqlandı
Kateqoriya məlum deyil
T

"Flora Kərimovanın səhhəti yaxşıdır, daim nəzarətdədir".

Sfera.az bildirir ki, bu sözləri Bizim.Media-ya açıqlamasında Xalq artisti Flora Kərimovanın köməkçisi Yaqut İmanova sənətkarın sağlamlıq vəziyyəti, müalicəsiylə bağlı bildirib.

O qeyd edib ki, Xalq artistinin müalicəsi hazırda evində davam edir.

"Vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə həftədə bir dəfə “Liv Bona Dea” klinikasından həkimlər evə gəlir və Flora xanıma baş çəkirlər. Həmçinin Mehriban xanımın tapşırığı ilə hansı dərmanlar lazımdırsa, bitibsə, həkimlər həmin dərmanları xəstəxanadan götürürlər. Flora xanımın qanı, qanında maqneziumu, kalsiumu, qan azlığı, şəkəri ayda 2 dəfə yoxlanılır. Onun səhhəti yaxşıdır, həkimlər tərəfindən nəzarət altındadır".

Xatırladaq ki, Xalq artisti Flora Kərimova bir müddət əvvəl səhhətində yaranan problem səbəbilə xəstəxanaya yerləşdirilmişdi. Sənətkarın müalicəsi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR