Kondisioner istifadə edənlər diqqətli olsun - Bu xəstəlikləri yarada bilər

Kondisioner istifadə edənlər diqqətli olsun - Bu xəstəlikləri yarada bilər
Kateqoriya məlum deyil
T

Havaların isti keçməsi kondisionerlərdən istifadə intensivliyini artırıb. Mütəxəssislər hesab edir ki, isti havalarda kondisionerlərdən düzgün istifadə edilməməsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Sfera.az xəbər verir ki, ağciyər xəstəlikləri üzrə mütəxəssis dosent Ersin Şükrü Erden kondisionerlərdən düzgün istifadə edilməməsinin ağır xəstəliklərə yol aça biləcəyini bildirib.

Dr.Erden bildirib ki, yay aylarında evlərdə, iş yerlərində və avtomobillərdə kondisionerlərdən intensiv istifadə olunur. Lakin onların düzgün istifadə edilməməsi və texniki qulluğun vaxtında aparılmaması bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər.

Onun sözlərinə görə, xüsusilə immun sistemi zəif olan şəxslər, yaşlılar, uşaqlar və xroniki tənəffüs yolu xəstəliklərindən əziyyət çəkənlər daha yüksək risk altındadır. Baxımsız kondisionerlər yuxarı tənəffüs yolu infeksiyaları, qripəbənzər xəstəliklər, sinusit, astma tutmaları, allergik reaksiyalar və legioner xəstəliyinə səbəb ola bilər.

Mütəxəssis qeyd edib ki, legioner xəstəliyi baxımı aparılmayan kondisionerlərdə və rütubətli mühitdə çoxalan legionella bakteriyası nəticəsində yaranır:

"Bakteriya su buxarı vasitəsilə yayılaraq insanlara yoluxa bilir. Xəstəlik vaxtında diaqnoz qoyulub müalicə edilmədikdə ağır fəsadlara, hətta ölümə səbəb ola bilər. Xəstəliyin əsas əlamətləri yüksək hərarət, baş ağrısı, əzələ və oynaq ağrıları, quru və ya bəlğəmli öskürək, ürəkbulanma, qusma, ishal və şüur bulanıqlığıdır".

Mütəxəssis kondisionerlərin mütəmadi texniki baxımdan keçirilməsini, hava axınının birbaşa qarşısında uzun müddət qalmamağı və otaq temperaturunun çöldəki havadan 5-7 dərəcə aşağı saxlanılmasını tövsiyə edirlər.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR