ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatdı!

ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatdı!

ABB-nin tərəfdaşlığı ilə ADA Universitetində keçirilən “Karyera Həftəsi” başa çatıb. “Karyera Həftəsi”nə ümumilikdə 137-dən çox qurum qatılıb. Tədbir ərzində müxtəlif biznes qurumlarının, o cümlədən ABB-nin təmsilçiləri tələbə və məzunlar üçün təqdimatlar edərək ölkəmizin əmək bazarındakı mövcud imkanlar haqqında ətraflı məlumat veriblər.

 

Layihə “Karyera Sərgisi” ilə tamamlanıb. “Karyera Sərgisi”ndə tələbə və məzunlar tərəfdaş qurumların insan resursları üzrə təmsilçiləri ilə ünsiyyətdə olaraq mövcud vakansiyalar haqqında məlumatlar əldə ediblər. Onlara müraciət və işəqəbul prosedurları barədə ətraflı məlumat verilib.

 

“Karyera Həftəsi” zamanı müvafiq prosedurlar əsasında 10 tələbə seçilib. Onlar xüsusi seçimlə ABB-nin Təcrübə proqramına qatılmaq imkanı qazanıblar. Karyera tədbirlərinə verdiyi baş sponsorluq dəstəyinə görə ABB-yə ADA-nın mükafatı təqdim olunub.

 

Belə layihələrin məqsədi tələbə və məzunları ölkəmizin əmək bazarı, mövcud karyera imkanları ilə tanış etməkdir. Sektorun ən yaxşı işəgötürəni olmağı qarşısına hədəf qoymuş ABB bu cür faydalı layihələri fəal şəkildə dəstəkləyir.

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər - SƏBƏB/VİDEO

Növbəti aylarda düyü yenidən bahalaşa bilər.   Asiya bazarında düyünün qiyməti aprelin əvvəlindən 71 dollar artaraq, bir ton üçün 649 dollara yüksəli...

Fidan Qasımova ilə Nahidə Orucovanın nəvəsi dünyaya gəldi - VİDEO

Xalq artisti Fidan Qasımova ilə Əməkdar artist Nahidə Orucova nənə olublar.   Sfera.az bizim media-ya istinadla xəbər verir ki, bu haqda "Elgizl...

Dərslərin dayandırılmasına sahibkar səbəb olub - Nazirlikdən açıqlama

Mədəniyyət Nazirliyi Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbində dərslərin dayandırılması məsələsinə aydınlıq gətirib.   Sfera....

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər var. Noyabrın 1-dək hazır olacaq sənəddə təklif olunur ki, yeni artım zamanı iki meyardan istifadə edilsin....

İlham Əliyevin inanılmaz planı: 8 il öncə Ordumuz üçün "dəhliz"...

Bu gün Araz çayı üzərində inşa edilən "Qız Qalası" və "Xudafərin" su qovşağı və SES-in açılış mərasimi keçiriləcək. Mərasimdə İlham Əliyevlə...

Günel türk mediasına yeni biznesini AÇIQLADI

Müğənni Günel Zeynalova İstanbulda Vadistanbulda görüntülənib.   İfaçı jurnalistlərin suallarını cavablandırıb. Pandemiya dövründə evdə boş qalmadığı...