“Nə Bayden, nə də Tramp” – ABŞ-də yeni seçici qrupu YARANDI 

“Nə Bayden, nə də Tramp” – ABŞ-də yeni seçici qrupu YARANDI 

ABŞ-də prezident seçkiləri ilə bağlı yeni anket təqdim olunub.

 

Sfera.az bildirir ki, buna əsasən, ölkədə yenidən prezidentliyə namizəd olan Co Bayden və Respublikaçılar Partiyasının namizədi keçmiş prezident Donald Trampa səs verməyəcək olan qrup formalaşıb.

 

Sorğulara görə, bu qrupdan olan vətəndaşlar seçicilərin 16-20 faizini təşkil edir.

 

Həmin seçicilərin “seçki qutusunu boykot etmək”, “üçüncü namizədə səs vermək” və ya istəksiz də olsa, “Tramp və ya Baydeni seçmək” kimi yolları var. Sözügedən şəxslər də üç yerə bölünüb.

 

Belə ki, birinci böyük qrup heç vaxt Trampa səs verməyəcəklərini söyləyən respublikaçılardır. İkinci qrup, 7 aydır davam edən Qəzza müharibəsi ilə bağlı İsrail siyasətinə görə Baydendən imtina edən, lakin Trampın Fələstinin də dostu olmadığını bilən ərəb seçiciləri və solçu fəallardır. Sonuncu qrup isə sayca az, lakin İlon Maskın da başçılıq etdiyi, demokratik siyasətlərə uyğun olaraq “ifadə azadlığının sıxışdırıldığını” düşünən, o cümlədən pul və təsir baxımından güclü olan seçici qrupudur.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Günel türk mediasına yeni biznesini AÇIQLADI

Müğənni Günel Zeynalova İstanbulda Vadistanbulda görüntülənib.   İfaçı jurnalistlərin suallarını cavablandırıb. Pandemiya dövründə evdə boş qalmadığı...

Ceremi Klarkson ikinci dəfə Britaniyanın ən seksual kişisi seçildi

Ceremi Klarkson Britaniyada yenidən ilin ən seksual kişisi seçilib.   Sfera.az xəbər verir ki, “Encounters” tanışlıq saytının illik sorğu...

"Şəxsiyyət ola biləcək aparıcılarımız azdır" - Nailə İslamzadə

Əməkdar artist Nailə İslamzadə "Həftənin qonağı" verilişində qonaq olub.   Sfera.az xəbər verir ki, aparıcı həmkarlarından danışıb. &quo...

Bu yolda yarımdairə ləğv edilir - VİDEO

Babək prospekti ilə Mikayıl Əliyev küçəsinin kəsişməsində dar boğazın aradan qaldırılması, piyadaların və sürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün...

Əməkdar artist vəfat edən xanımından danışdı

"İlahiyə təşəkkür edirdim bu sevgi, xoşbəxtlik və İranə üçün. Çünki Allah mənə nə yaxşı şey veribsə, hamısı İranənin timsalında olub. Ən böyük sevgini onun...

Azərbaycanda anemiya xəstəliyi olan şəxslərin sayı AÇIQLANDI

2023-cü ildə həyatında ilk dəfə təyin olunmuş diaqnozla 56 124 nəfər anemiya xəstəsi qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statis...