Şagirdin qalmaqal yaratdığı məktəbdən REPORTAJ - VİDEO

Şagirdin qalmaqal yaratdığı məktəbdən REPORTAJ - VİDEO
Sosial şəbəkələrdə paytaxtın Suraxanı rayonunda yerləşən 282 nömrəli tam orta məktəbdə şagirdin valideyninin məktəbə gələrək dərs prosesinə mane olmasını əks etdirən videogörüntü yayılıb.

Məktəbdə müəllimə qarşı nalayiq ifadələr işlədən bu şəxs məktəbin 7-ci sinif şagirdinin valideynidir. Onun bu hərəkətinə səbəb isə övladı haqqında yayılan məlumatlardır. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, şagird tədris prosesi zamanı özünü çox aqressiv aparır. Sinif rəhbəri və müəllimlər şagirdi intizama dəvət etdiyi zaman əsəbiləşərək müəllimlərə də xəsarət yetirir. 

Hazırda Daxili İşlər Nazirliyi məsələni nəzarətə götürüb, araşdırma aparılır.

Baku TV əməkdaşları sözügedən məktəbdə olub. Müəllim və şagirdlərlə söhbət aparıb. İttiham edilən şagirdin həmin məktəbdə oxuyan qardaşı deyilənlərlə razılaşmayıb: 

"Burada şişirdilmiş məlumat var. Bir şagird müəllimi necə döyə bilər?! Dünən valideynim məktəbə gəlib, lakin direktor onu dinləməyib”.

Ətraflı videonu təqdim edirik:

 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Kəbənin onlayn ziyarət edilməsi doğrudurmu? – Din xadimindən açıqlama

Milyonlarla müsəlmanın zəvvar olaraq hər il ziyarət etdiyi müqəddəs torpaqlar Metakainat üçün açılıb. Belə ki, Səudiyyə Ərəbistanı Kəbə və Həcc məkanlarının ...

“İşsizlikdən sığorta haqqında" qanuna dəyişikliklər ediləcək

"İşsizlikdən sığorta haqqında" qanuna yenidən dəyişikliklər həyata keçiriləcək". Sfera.az  xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə H...

Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan Quru Qoşunları komandanı general Qamar Caved Bacvaya və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ge...

Vəfat edən hərbçimizin son paylaşımı: “Çətindir yaşamaq...”

Xəbər verdiyimiz kimi, Yanvarın 27-də "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edən 1995-ci il təvəllüdlü İsmayıllı Eşqin Etibar oğlunun meyit...

Sabahın hava proqnozu AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında yanvarın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xi...

Zakir Fərəcov işə çıxmır? – Birinci müavindən açıqlama

Sumqayıt şəhər İcra Hakimiyyətinin icra başçısı Zakir Fərəcovun səhhətində ciddi problemlərin yarandığı barədə məlumatlar yayılıb. İddia olunur ki, icra başçısı...