Sabirabadda iki gün öncə Kürdə batan şəxsin meyiti sudan çıxarıldı

Sabirabadda iki gün öncə Kürdə batan şəxsin meyiti sudan çıxarıldı
 
Kür çayının Sabirabad rayonu Qruzma kəndi ərazisindən keçən hissəsində batan şəxsin meyiti sudan çıxarılıb.

Sfera.az "APA TV"yə istinadən xəbər verir ki, iyunun 14-də Kür çayında batan Sabirabad sakini, 1989-cu il təvəllüdlü İlham Abdullayevin meyiti bu gün səhər saatlarında Sabirbad rayonunun Bulduq kəndi ərazisində aşkar edilib. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, mərhumun 2 qız övladı var.

Faktla bağlı araşdırma aparılır. 


OXŞAR XƏBƏRLƏR