Sabah paytaxt və bir neçə rayonda qaz olmayacaq

Sabah paytaxt və bir neçə rayonda qaz olmayacaq

 

Abşeron, Hacıqabul və Ağdaş magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

 

Oktyabrın 5-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Böyük-Şor”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Mədrəsə”, Ağdaş magistral qaz kəmərləri sahəsinin "Ucar”, "Lək” və "Zərdab” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.Təmir müddətində Şamaxı rayonunun Mədrəsə, Göylər, Mirikənd, Muğanlı, Qurdtəpə və Kərkəz kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.


Aparılan işlərin Bakı şəhəri Sabunçu rayonunun, həmçinin Ucar və Zərdab rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.



OXŞAR XƏBƏRLƏR