Rüşvətalmada ittiham olunan keçmiş rəisin cinayət işi məhkəməyə göndərilib

Rüşvətalmada ittiham olunan keçmiş rəisin cinayət işi məhkəməyə göndərilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin sabiq rəisi barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Sfera.az Prokurorluğa istinadla bildirir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin sabiq rəisi Babayev Rövşən Əlixan oğlu və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb:

"Aparılmış istintaq-əməliyyat tədbirləri ilə 2016-2019-cu illər ərzində qeyd edilən vəzifədə işləyərkən Rövşən Babayevin həmin idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti vəzifəsində işləmiş Yaşar Hüseynov, habelə Bakı şəhəri 3 nömrəli Şəhər Klinik Xəstəxanasının tibb işçiləri və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında 11 nəfər çağırışçının hərbi xidmətə cəlb edilməməsi üçün ümumilikdə onlardan 22 min 800 manat pulu rüşvət qismində tələb edib almasına əsaslı şübhələr müəyyən edilmişdir.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Rövşən Babayev, Yaşar Hüseynov və başqalarına Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma- təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Hərbi Cinayətlər Məhkəməsinə göndərilmişdir".

OXŞAR XƏBƏRLƏR

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...