Rövnəq Abdullayev Türkmənistanda keçirilən beynəlxalq forumda çıxış etdi

Rövnəq Abdullayev Türkmənistanda keçirilən beynəlxalq forumda çıxış etdi
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bu gün Türkmənistanın Neft və Qaz Sektoruna İnvestisiyaların cəlb edilməsi üzrə Beynəlxalq Forumda çıxış edib.

Tədbir həmçinin Türkmənistan Respublikası müstəqilliyinin 30-cu ildönümü mərasiminə təsadüf edib.

Sfera.az xəbər verir ki, çıxışına Türkmənistanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə təbriklə başlayan R.Abdullayev Azərbaycan üçün vacib tərəfdaş və qardaş olan bu ölkəyə ən səmimi arzularını çatdırıb, Türkmənistanın gələcəkdə daha da çiçəklənməsini arzu edib.

SOCAR prezidenti çıxışına davam edərək vurğulayıb ki, Azərbaycan və Türkmənistan özlərini hər bir sahədə tam təmin edən ölkələrdir.

"Bu iki ölkə beynəlxalq kreditlərdən, xarici yardımlardan və ya xarici təsirlərin hər hansı digər forma və növlərindən asılı deyillər. Dövlətlərimiz milli, əxlaqi, etik ənənələrinə qətiyyətlə sadiqdir. Prezidentlərinin düzgün rəhbərliyi altında həm Azərbaycan, həm də Türkmənistan inamla irəliləyir, sosial rifah, iqtisadi inkişaf, qlobal transmilli layihələr kimi çox vacib məsələləri həll edirlər. Məsələn, TAPİ qaz kəməri layihəsi Türkmənistanın enerji diplomatiyasının sübutudur və nəinki sülh proseslərinin səmərəli irəliləməsinə töhfə verəcək, həmçinin Xəzər dənizi, Orta və Cənubi Asiya bölgələri də daxil olmaqla geniş bir geoiqtisadi məkanda iqtisadi əməkdaşlığın gücləndirilməsinə kömək edəcək.

R. Abdullayev öz çıxışının davamında Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamədən, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistanın başçısı Qurbanqulu Berdiməhəmmədovun imzaladığı birgə bəyanatdan bəhs edib.

SOCAR prezidenti eyni zamanda 2021-ci il yanvarın 21-də Xəzər dənizində "Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və hasilatı haqqında imzalanan anlaşma memorandumundan söz açdı.

Çıxışda həmçinin Türkmənistan ilə SOCAR arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu vurğulandı.

Qeyd edildi ki, artıq tam istifadəyə verilən Cənub Qaz Dəhlizi kəməri də əməkdaşlığın inkişafında yeni imkanlar açır.

Ölkələr arasındakı möhkəm əlaqələrə toxunan R.Abdullayev SOCAR-ın qardaş Türkmənistanın zəngin resurslarını Cənubi Qaz Dəhlizi və Bakı-Tbilisi-Ceyhan neft kəmərlərinin vasitəsi ilə beynəlxalq bazarlara çıxışını təmin etməyə hazır olduğunu bildirdi.

R.Abdullayev Azərbaycan və Türkmənistan nümayəndələrinin üzərində uğurla çalışdığı "Dostluq” yatağının birgə işlədilməsini bu əməkdaşlaq üçün gözəl nümunə olacağını bəyan etdi.

SOCAR-ın prezidenti öz çıxışını Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun sözləri ilə yekunlaşdırdı:

"Ölkələrimiz Xəzər dənizinin davamlı sülh, mehriban qonşuluq, qarşılıqlı anlaşma və təsirli tərəfdaşlıq zonasına çevrilməsinə böyük töhfə verir. Bütün Xəzəryanı ölkələrin də qeyd etdiyi kimi, Xəzər sülh və mehribanlıq dənizidir”.

Xatırladaq, SOCAR şirkəti bu forumun baş partnyorudur.

OXŞAR XƏBƏRLƏR

36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının qalibi OLDU

Bu il 36 azərbaycanlı tələbə 2024/2025-ci tədris ili üçün İsveç İnstitutunun Qlobal Peşəkarlar üçün Təqaüd Proqramının qalibi olub.   Sfera.az bu bar...

Xalq artistinin konsertində izdiham yaşandı - VİDEO

Xalq artisti Tünzalə Ağayeva Dənizkənarı Milli parkda baş tutan xalq konsertində iştirak edib. Sferaz.az xəbər verir ki, pop ulduz həmin gecə üçün ağ libas...

Paşinyan: "Hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir"

“Elə bir məqama gəlib çatmışıq ki, hazırda danışıqlar masası üzərində Ermənistanın gələcəyidir”.   Sfera.az “news.am”a i...

"Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir" - Deputat

Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir. &nbs...

Baş nazir yeni qərar İMZALADI

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qra...

“ByteDance” şirkəti QƏRARINI VERDİ: ""TikTok"u satmırıq!"

Çinin “ByteDance” şirkəti “TikTok” video paylaşma platformasını satmayacağına dair açıqlama verib.   Sfera.az xatırladır ki, ...