Rilayadan Şuşaya aid möhtəşəm ifa: “Dəyər Ver”in növbəti layihəsi - FOTO+VİDEO

Rilayadan Şuşaya aid möhtəşəm ifa: “Dəyər Ver”in növbəti layihəsi - FOTO+VİDEO
 "Dəyər Ver” komandası Azərbaycanın dilbər guşəsi olan Şuşa haqqında yeni layihəyə imza atıb. 

Sfera.az xəbər verir ki, Xurşidbanu Natəvana həsr edilən layihə Şuşanın gözəlliyindən bəhs edir. 

Mahnını peşəkar müğənni Rilaya ifa edib. "Şuşa”nın musiqisi Nataliya Gonçarovaya, sözləri isə Zəhra Bədəlbəyliyə məxsusdur. Natik Muxtarovun rejissorluğu ilə ərsəyə gələn layihənin koordinatoru Zaur Darabzadədir.

Bu layihə "Azərİpək” MMC-nin dəstəyi ilə "Dəyər Ver” tərəfindən həyata keçirilib. Layihə üç dildə - Azərbaycan, rus və ingilis dilində hazırlanıb. 

Xatırladaq ki, Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan оlub. O, Azərbaycan mədəniyyətinin, incəsənətinin beşiyi hesab edilən Şuşada yaşayıb. 

Heç bir şübhə yoxdur ki, yaxın zamanda vətənimizin ayrılmaz hissəsi olan Qarabağ işğaldan azad olunacaq və Natavana həsr edilmiş bu kompozisiya Azərbaycanın əzəli və əbədi torpağı olan Şuşada səslənəcək.



OXŞAR XƏBƏRLƏR

Sülh sazişi ən qısa zamanda imzalanmalıdır - ƏRDOĞAN 

Azərbaycanla Ermənistan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərd...

“Miss USA 2023” gözəllik kraliçası titulundan imtina etdi: Səbəb

“Miss USA 2023” seçilən 24 yaşlı Noelia Voyt sahib olduğu tituldan imtina etdiyini İnstaqramda elan edərək pərəstişkarlarını şoka salıb. Qız bu addı...

“Azərpoçt” sabah xüsusi rejimdə işləyəcək

Mayın 9-u Azərbaycanda qeyri-iş günü olsa da vətəndaşların poçt, maliyyə, “postcargo” və digər xidmətlərdən rahat istifadə edə bilməsi məqsədilə &ld...

Bu ərazilərdə yağış, Xınalıqda qar yağdı

Mayın 8-i saat 20:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.   Bu barədə Milli Hid...

Yer kürəsində 11 ay dalbadal rekord dərəcədə isti hava davam edib

2024-cü ilin aprel ayı Yer kürəsində ardıcıl 11-ci rekord istilik ayı olub. Sfera.az xəbər verir ki, Avropa İqlim Dəyişikliyi Xidməti "Copernicus&qu...

Bill Gates dünyanın ilk hidrogen yaxtasını 600 milyon dollara satır

Dünyanın ilk hidrogen superyaxtası 600 milyon dollardan çox qiymətə satışa çıxarılıb. Bu yaxta hidrogen yanacağı ehtiyatını -217 Selsi temperaturunda saxlamalıd...