Logo

Türkiyənin 30 vilayətində əməliyyat: 85 nəfər tutuldu

Türkiyənin 30 vilayətində əməliyyat: 85 nəfər tutuldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
0:00 0:00

Türkiyənin 30 vilayətində İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə "Daltonlar" kimi tanınan mütəşəkkil cinayətkar qruplaşmaya qarşı eyni vaxtda əməliyyat keçirilib.

Sfera.az xəbər verir ki, əməliyyat nəticəsində 85 şübhəli saxlanılıb.

İstintaq zamanı qruplaşmanın internet platformaları və qapalı mesajlaşma qrupları vasitəsilə pulamuzd cinayətkarlar cəlb etdiyi müəyyənləşdirilib. Əməliyyat Adana, İzmir, Ankara, Van, Bursa və Trabzon da daxil olmaqla 30 vilayətdə keçirilib.

Qruplaşmanın rəhbərinin xaricdə olduğu ehtimal edilən və barəsində "qırmızı bülleten"lə axtarış elan olunan Beratcan Gökdemir olduğu qeyd edilir.\\milli.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR