Logo

Ermənistanda konstitusiya mübahisəsi: Paşinyan müxalifətin müqaviməti ilə üzləşib

Ermənistanda konstitusiya mübahisəsi: Paşinyan müxalifətin müqaviməti ilə üzləşib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistanda yeni konstitusiyanın qəbulu ətrafında müzakirələr davam edir. Baş nazir Nikol Paşinyan hakimiyyətin konstitusiya dəyişikliyi ilə bağlı planlarını reallaşdırmaq üçün həm parlamentdə, həm də mümkün referendum zamanı çətinliklərlə üzləşə bilər. Çünki parlamentdə konstitusiyaya dəyişiklik etmək üçün lazım olan çoxluğa sahib deyil, eləcə də cəmiyyətin bu dəyişikliyə münasibəti hələ bəlli deyil.

Bəs Ermənistan müxalifəti bu məsələdə Paşinyana qarşı birləşəcəkmi?

Politoloq Elxan Şahinoğlu Sfera.az-a açıqlamasında Nikol Paşinyanın yeni konstitusiya ilə bağlı planlarını həyata keçirməsinin çətin olacağını bildirib.

Onun sözlərinə görə, baş nazirin parlamentdə konstitusiya dəyişikliyini təmin etmək üçün kifayət qədər səsi yoxdur. Buna görə də məsələni referendum yolu ilə həll etmək variantı gündəmə gələ bilər.

“Referendum da Paşinyan üçün risklər yaradır. Belə ki, erməni cəmiyyəti yeni konstitusiyanın əleyhinə səs verərsə, bu, baş nazirin cəmiyyətdəki nüfuzuna və ona olan etimada mənfi təsir göstərə bilər. Paşinyanın son günlərdə konstitusiya dəyişikliyi üçün zərurət yaranacağı təqdirdə yenidən parlament seçkilərinə gedə biləcəyini bildirməsi də məhz bununla əlaqəli ola bilər. Belə bir addım baş nazirə seçicilərin dəstəyini qazanmaq və konstitusiya dəyişikliyi üçün siyasi zəmin yaratmaq imkanı verə bilər”, - deyə politoloq söyləyib.

Ermənistanda konstitusiya mübahisəsi: Paşinyan müxalifətin müqaviməti ilə üzləşib

O vurğulayıb ki, Azərbaycan üçün əsas məsələ Ermənistanın daxili siyasi mübarizəsi deyil, sülh prosesinin irəliləməsi və ölkənin ərazi iddiaları ilə bağlı müddəaların aradan qaldırılmasıdır:

“Biz ərazi bütövlüyümüzü təmin etmişik. Sülh sazişinin imzalanması və yeni konstitusiya, birinci növbədə, Ermənistanın özünə lazımdır”.

Politoloqun sözlərinə görə, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddia kimi qiymətləndirilən müddəa qaldığı müddətdə iki ölkə arasında münasibətlərin tam normallaşması və davamlı sülhün təmin olunması çətin olacaq. Onun fikrincə, tərəflər arasında müəyyən əməkdaşlıq və sülh quruculuğu istiqamətində addımlar atıla bilər, lakin konstitusiyada mübahisəli müddəanın qalması qarşılıqlı etimadın formalaşmasına mane olacaq:

“Bu baxımdan Nikol Paşinyanın özü də konstitusiyadakı həmin müddəanın dəyişdirilməsində maraqlı olmalıdır. Çünki Ermənistanın Azərbaycanla münasibətlərini tam normallaşdırması və sülh sazişinin imzalanması istiqamətində irəliləyiş əldə etməsi üçün hüquqi və siyasi maneələrin aradan qaldırılması mühüm əhəmiyyət daşıyır”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR