"Yüzlərlə baza vuruldu, onlarla təyyarə yandı" - Pentaqonun hesabatı

"Yüzlərlə baza vuruldu, onlarla təyyarə yandı" - Pentaqonun hesabatı
Kateqoriya məlum deyil
T

İranın xarici işlər naziri Abbas Arakçi sosial media hesabında Pentaqon tərəfindən təqdim edilən “Epik Qəzəb Əməliyyatı”ndakı itkilərlə bağlı 1 aprel – 30 iyun 2026-cı il tarixlərini əks etdirən və ABŞ Konqresinə təqdim olunan rəsmi auditor hesabatının bir səhifəsini paylaşıb.

Sfera.az xəbər verir ki, Abbas Arakçi sözügedən sənəddə “Yüzlərlə ABŞ hərbi bazası vuruldu, onlarla təyyarə yanaraq kül oldu” qeydinin yer aldığını bildirib.

O, daha sonra qeyd edib:

"Bu, yalnız aysberqin görünən hissəsidir. Zamanı gələndə hər şeyi ortaya çıxaracağıq. İran haqqında yalan məlumat yayanlar üçün vəziyyət heç də xoş olmayacaq”.

Arakçi bu hesabatın yayılması ilə İranın müdafiəsiz olduğu barədə verilən bəyanatların tamamilə yalan olduğunun təsdiqləndiyini vurğulayıb.

Qeyd edək ki, ABŞ Konqresinin Büdcə Ofisi (CBO) fevral ayının sonunda İrana qarşı “Epik Qəzəb Əməliyyatı” adı altında başladılan hərbi əməliyyatın xərclərini araşdırıb. Bu araşdırmalara əməliyyat xərcləri, fürsət xərcləri, iqtisadi təsirlər və formalaşa biləcək mümkün əlavə xərclər daxildir.

CBO-nun dərc etdiyi hesabata əsasən, İranla yaşanan silahlı qarşıdurmanın əməliyyat xərcləri avqustun 1-nə olan məlumata görə təxminən 38 milyard dollar civarında qiymətləndirilir. Sənəddə xərclərin məhz istifadə olunan sursatların yenilənməsi, döyüşlərdə itirilən texnikalar, uçuş saatlarının artması, sahə əməliyyatları və yanacaq xərclərinin yüksəlməsi ilə bağlı olduğu qeyd edilib.

Hesabatda həmçinin xəbərdarlıq edilib ki, azalan ehtiyatlar ABŞ-nin hərbi inventarını bir neçə il ərzində zəiflədə bilər. Bu çatışmazlığın isə xüsusilə Çin kimi geniş ballistik və qanadlı raket arsenalına malik ölkələrlə yaşana biləcək potensial böhranlar zamanı ciddi təhlükəsizlik riskləri yarada biləcəyi vurğulanıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR