Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan- Suriyaya səfər edə bilər

Kateqoriya məlum deyil
T
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Əl-Şeybani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Diplomat bildirib ki, Türkiyə lideri uzun müddətdir bu səfəri həyata keçirmək niyyətindədir və hazırda müvafiq şəraitin yaradılması istiqamətində işlər görülür.
"Yaxın vaxtlarda prezidentimizin Suriyaya səfəri planlaşdırılır. O, uzun müddətdir belə bir səfər etmək istəyir. Biz bu səfər üçün şərait yaratmağa çalışırıq", — deyə H.Fidan vurğulayıb.
H.Fidan Dəməşqdəki təmaslar zamanı səfərə hazırlıqla məşğul olan yüksək səviyyəli qrupun gördüyü işlərlə tanış olduğunu bildirib. Türkiyə XİN rəhbəri səfərin dəqiq tarixini açıqlamayıb.






