Türkiyə və Pakistana xəbərdarlıq etdi

Türkiyə və Pakistana xəbərdarlıq etdi
Kateqoriya məlum deyil
T

Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatı Türkiyə və Pakistana xəbərdarlıq edib.

Sfera.az xəbər verir ki, husilər hər iki ölkədən Yəməndəki müharibəyə müdaxilə etməməyi istəyib.

“Pakistan və Türkiyə rəhbərlərinin Yəməndəki müharibəyə qoşulacaq qədər ağılsız olduğunu düşünmürəm”, – deyə hərəkatın nümayəndəsi bildirib.

Onun sözlərinə görə, hər iki ölkənin nümayəndələri Yəməndə baş verənlərə müdaxilə etmək niyyətində olmadıqlarını bəyan ediblər.

Bununla belə “Ənsar Allah” nümayəndəsi vurğulayıb ki, Yəmənə qarşı təcavüzdə iştirak edən hər kəsə cavab veriləcək./globalinfo

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR