"Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ

"Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
T

Avropa qoşunlarının Ukrayna ərazisinə ehtimal edilən daxil olması Rusiya ilə birbaşa müharibə mənası daşıyacaq.

Sfera.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, Avropa ölkələri hazırda öz dövlətlərini Rusiya ilə münaqişəyə "sürükləyirlər".

Putin vurğulayıb ki, Moskva Avropa ölkələrini hədələmir və hədələmək niyyətində də deyil, Rusiya ilə Avropa dövlətləri arasında münaqişə üçün isə heç bir əsas yoxdur.

Rusiya prezidenti, həmçinin bəyan edib ki, Ukraynadakı hazırkı hadisələr Qərb elitalarının səhvlərinin nəticəsidir.

O hesab edir ki, Avropa ölkələrinin əhalisi rəhbərlərinin onları Rusiya ilə qarşıdurmaya cəlb etdiyini anlamağa başlayır.

Putin bu prosesi, o cümlədən Almaniyadakı seçki nəticələri ilə əlaqələndirərək "Almaniya üçün Alternativ" partiyasına dəstəyin artmasını qeyd edib.

O, həmçinin Avropanın energetika siyasətini tənqid edib və Avropa hakimiyyətinin səhvlərinin qaz qiymətlərinin daha da artmasına gətirib çıxara biləcəyini bildirib./musavat

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR