Dağıstan dron hücumuna məruz qaldı

Kateqoriya məlum deyil
T
Dağıstanın Mahaçqala şəhəri sentyabrın 10-na keçən gecə pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
Sfera.az xəbər verir ki, bu barədə Dağıstan başçısı Fedor Şukin məlumat yayıb.
Məlumata görə, dronların dağıntılarının yerə düşməsi nəticəsində dəniz limanında və Avar teatrında yanğınlar baş verib. Yanğınlar söndürülüb, xəsarət alan olmayıb.
Mahaçqala limanı Rusiyanın Xəzər dənizində yerləşən yeganə dərinsulu, donmayan limanıdır. Limanın illik ixrac gücü 7,9 milyon tona qədər neft və neft məhsulları təşkil edir./Trend






