Zaxarova: "Diz çöküb, üzr istəsinlər"

Yaponiyanın Xabarovskdakı baş konsulluğu Rusiya qarşısında diz çöküb üzr istəməlidir.
Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O, Tokionun Xabarovskda SSRİ-nin Yaponiya üzərində qələbəsinə həsr olunmuş memorialın sökülməsi ilə bağlı çağırışını şərh edib. Yaponiya tərəfi abidənin ölkə vətəndaşlarının hisslərinə toxunduğunu bildirib.
“Baş konsulluq nota ilə tanış olub diz çökərək üzr istəmək istəmir? Məncə, bunu etməlidirlər. Mən də onlara xrizantema hədiyyə edəcəyəm”, — Zaxarova bildirib.
Diplomat Yaponiya hakimiyyətinin yalnız öz vətəndaşlarının hisslərini düşündüyünü, Rusiya diplomatlarına qarşı səsləndirilən təhqirlərə isə diqqət yetirmədiyini deyib.
Zaxarova həmçinin xrizantemanın Yaponiya üçün simvolik əhəmiyyətini xatırladaraq, bu təsvirin vaxtilə yapon silahlarında da istifadə edildiyini qeyd edib.
Qeyd edək ki, Yaponiyanın Baş naziri Sanae Takaici daha əvvəl Rusiyanı Xabarovskdakı memorialı sökməyə çağırıb. Onun sözlərinə görə, Yaponiya simvolu olan xrizantema gerbinin məhv edilməsini təsvir edən abidənin ucaldılması Yaponiya üçün tamamilə qəbuledilməzdir və ölkə vətəndaşlarının hisslərinə toxunur.
İnci
Sfera.az






