Ermənistan AES-in fəaliyyəti 2041-ci ilədək uzadıla bilər

Ermənistanda Atom Elektrik Stansiyasının (AES) fəaliyyət müddətinin uzadılması ilə bağlı işlər davam etdirilir.
Sfera.az xəbər verir ki, Ermənistan AES-in baş direktoru Eduard Martirosyan nüvə enerjisinə həsr olunmuş seminarda bildirib ki, stansiyanın fəaliyyət müddətinin əvvəlcə 2036-cı ilədək, daha sonra isə 2041-ci ilədək uzadılması planlaşdırılır. Onun sözlərinə görə, hazırda AES-in fəaliyyətinin 2041-ci ilədək davam etdirilməsi istiqamətində ayrıca işlər də aparılır. Martirosyan qeyd edib ki, Ermənistan AES-in enerji bloku ölkədə istehsal olunan elektrik enerjisinin 30-40 faizini təmin edir.
O bildirib ki, stansiyanın fəaliyyəti yalnız enerji təhlükəsizliyi baxımından deyil, sosial baxımdan da əhəmiyyətlidir. Belə ki, AES istehlakçılar üçün nisbətən ucuz elektrik enerjisi istehsal edir.
Firuzə Əliyeva






