Zaxarovanın mahnısı yayımlandı

Zaxarovanın mahnısı yayımlandı
Kateqoriya məlum deyil
T

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə yazılmış “Vzletaem na qrozu” mahnısı musiqi platformalarında yayımlanıb.

Sfera.az xəbər verir ki, bu barədə o, Teleqram kanalında məlumat verib.

“Mahnı yayımlandı! İyunun 12-də - Rusiya Günündə “Lujniki”də prodüser Maks Fadeyevlə birlikdə hazırladığımız “Vzletaem na qrozu” mahnısının premyerası baş tutdu. Mahnının nə vaxt yayımlanacağı ilə bağlı çoxsaylı müraciətlər olurdu. Nəhayət, yayımlandı” - Zaxarova yazıb.

Diplomat bundan əvvəl bildirmişdi ki, “Vzletaem na qrozu” qəhrəmanlar dövrünə, çətinliklərin öhdəsindən gəlmək bacarığına və çətinlik qarşısında təslim olmamağa həsr olunub. Mahnını Roman Mixrabi ifa edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR