Türkiyədə deputatın 23 yaşlı qızı vəfat etdi

Türkiyədə AK Partiyadan olan deputat Abdülkadir Emin Önenin 23 yaşlı qızı Fatma Zehra Önen vəfat edib.
Sfera.az xəbər verir ki, Fatma Zehra Önen İstanbulda müalicə aldığı xəstəxanada həyatını itirib.
Məlumata görə, gənc qız ötən il keçirdiyi əməliyyatdan sonra səhhətində yaranan problem səbəbilə xəstəxanada müalicə olunub. Son günlər reanimasiyada nəzarətdə saxlanılan 23 yaşlı Fatma Zehra Önenin həyatını xilas etmək mümkün olmayıb.
Fatma Zehra Önen Galatasaray Universitetinin Fransız dili və ədəbiyyatı fakültəsinin üçüncü kurs tələbəsi olub.
Onun cənazəsi cümə namazından sonra Barbaros Hayrettin Paşa məscidində qılınacaq namazın ardından Kilyos qəbiristanlığında dəfn ediləcək.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş və AK Parti sözçüsü Ömer Çelik də deputat Abdülkadir Emin Önenə və ailəsinə başsağlığı veriblər./metbuat






