Putin ona təşəkkür etdi, Moskvanı isə regionlara nümunə göstərdi

Kateqoriya məlum deyil
T
"Moskva təhsil sistemi məktəblə bağlı təşkilatlanma və təhsil baxımından Rusiya regionları üçün yaxşı bir nümunədir".
Sfera.az xəbər verir ki, bu fikri Rusiya Prezidenti Vladimir Putin Bilik Günü ərəfəsində çıxışı zamanı deyib.
Rusiya dövlət başçısı həmçinin Moskva meri Sergey Sobyaninə bu məsələyə xüsusi diqqət ayırdığı üçün təşəkkür edib.
Qeyd edək ki, bu gün Rusiya prezidenti ölkənin beş bölgəsində məktəblərin açılış mərasimlərində videokonfrans vasitəsilə iştirak edib. Rusiyada Moskva ilə yanaşı, Dağıstan, Tambov vilayəti, Ufa və Çerkesskdə də yeni təhsil müəssisələri açılıb./publika






