Nikol Paşinyandan yeni təyinat

Kateqoriya məlum deyil
T
Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladığı yeni qərarla Artak Kamalyan yenidən Baş nazirin baş məsləhətçisi vəzifəsinə təyin edilib.
Sfera.az xəbər verir ki, bu barədə "Armenpress" agentliyi məlumat yayıb.
Ermənistan hökumətinin rəsmi "e-gov.am" saytında yayımlanan qərara əsasən, Kamalyan öz postunda fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Artak Kamalyan 2024-cü ilin avqust ayından etibarən Ermənistan Respublikası Baş nazirinin baş məsləhətçisi vəzifəsini icra edir və hökumətin daxili-xarici siyasət strategiyalarının qurulmasında əsas fiqurlardan biri kimi tanınır./Teleqraf
Açar sözlər:






